Gürcüstan azərbaycanlı jurnalistə sığınacaq verməkdən imtina edib

Xəbərlər

17.09.2024 - 16:06

cedabet dərman SEO Xidməti

“Onlar hesab edirlər ki, Əfqan Sadıqovun siyasi fəaliyyəti həyatı üçün təhlükədə deyil”

Gürcüstan Miqrasiya Xidməti azərbaycanlı jurnalist Əfqan Sadıqova sığınacaq verilməsi üçün heç bir əsas tapmayıb. AYNA xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib.

“Onlar hesab edirlər ki, Əfqan Sadıqovun siyasi fəaliyyəti həyatı üçün təhlükədə deyil”, – Sadıqova qeyd edib.

Apellyasiya Məhkəməsi də ekstradisiya barəsində həbs qətimkan tədbirinin ləğvi ilə bağlı şikayəti baxılmadan qoyub.

Qeyd edək ki, 2023-cü ilin sonundan ailəsi ilə birlikdə Gürcüstanda yaşayan Ə.Sadıqov Azərbaycanın tələbi ilə avqustun 3-də Tiflisdəı saxlanılıb. Həbs ailəsinin iştirakı ilə, jurnalistin uşaqlarının gözü qarşısında həyata keçirilib.

Sadıqov iyulun 18-də ekstradisiya oluna biləcəyindən şübhələnib. Onun sözlərinə görə, Türkiyəyə uçmaq ərəfəsində Gürcüstandan buraxılmayıb. Gürcüstan sərhədçiləri ona yalnız Azərbaycana gedə biləcəyini deyiblər.

Ə.Sadıqov “Azel.tv” xəbər saytının redaktorudur. 2020-ci ildə o, Azərbaycanda 7 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq iddia edib ki, o, ittihamedici sübutları dərc etmək hədəsi ilə dövlət məmurlarından pul tələb edib. 2023-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş