Gürcü nazir: “Gürcüstan Pentaqonla əməkdaşlığı davam etdirir”

Dünya

25.07.2024 - 14:29

cedabet dərman SEO Xidməti

““Layiqli Tərəfdaş 2024” təlimlərinin təxirə salınması ilə bağlı bəyanatda əməkdaşlığı davam etdirdiyimiz bildirilib”

“Gürcüstan ABŞ-la birgə hərbi təlimlərin təxirə salınmasına baxmayaraq, Pentaqonla fəal əməkdaşlığı davam etdirir”. AYNA xəbər verir ki, bu sözləri Gürcüstanın müdafiə naziri İrakli Çikovani “İmedi” telekanalına müsahibəsində bildirib.

“Pentaqon ilə əməkdaşlığımız fəal şəkildə davam edir və “Layiqli Tərəfdaş 2024” təlimlərinin təxirə salınması ilə bağlı bəyanatda əməkdaşlığı davam etdirdiyimiz bildirilib”, - Çikovani söyləyib.

ABŞ Müdafiə Nazirliyi iyulun 5-də elan edib ki, 2024-cü ilin yayında planlaşdırılan “Layiqli Tərəfdaş” Gürcüstan-Amerika hərbi təlimləri strateji münasibətlərə yenidən baxılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Pentaqon bu qərarı Gürcüstan hakimiyyətinin ABŞ və Qərbin Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya təzyiqi artırmaq üçün “ikinci cəbhə” açmaq cəhdlərini elan etməsi ilə əsaslandırıb. Amerika tərəfi bu cür bəyanatların yalan olduğunu iddia edir.

Gürcüstan Müdafiə Nazirliyi bu qərardan təəssüfləndiyini bildirib və iki ölkə arasında hərbi əməkdaşlıq formatlarının qüvvədə qalacağını qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş