Güləşçimiz Tokio Olimpiadasında gümüş medal qazanıb

İdman

04.08.2021 - 15:37

Həkimlər Klinikalar SEO Xidməti

Pərviz Nəsibov finalda iranlı güləşçiyə məğlub olub

 

Azərbaycanlı güləşçi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

 

AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, Olimpiadada Ukrayna yığmasını təmsil edən 23 yaşlı yunan-Roma güləşçisinin 67 kq çəki dərəcəsində həlledici rəqibi iranlı Gərai Məhəmmədreza olub.

 

Bir gün əvvəl 1/8 finaldan mübarizəyə qoşulan və 3 rəqibini məğlub edərək finala adlayan Nəsibov uğurlu çıxışını burada davam etdirə bilməyib.

 

İranlı güləşçiyə 1:9 hesabı ilə məğlub olan həmyerlimiz gümüş mükafatla kifayətlənib və Olimpiya ikincisi olub.

 

Bu çəkidə bürünc medallar almaniyalı Frank Ger Staebler və misirli Məhəmməd Əlsayedə nəsib olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş