Küləyin törətdiyi problemlər aradan qaldırılır
Cəlilabadda güclü külək fəsadlar törədib, bəzi əraziləri işıqsız qoyub. AYNA-nın "Report"a istinadən məlumatına görə, yağan leysan və güclü külək rayon mərkəzində və bir neçə kənddə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Şəhərin mərkəzində ağaclar aşıb. Hazırda rayon ərazisində küləyin törətdiyi problemlər aradan qaldırılır.
Biləsuvarda isə bəzi ərazilərə dolu düşüb. Daha sonra güclü leysan yağışı yağıb. Təhlükəsizlik məqsədilə rayon mərkəzində və bir neçə kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda rayon ərazisində yağıntılı hava şəraiti davam edir.
Həmçinin güclü külək Salyanda internetin verilişində problemlər yaradıb. Bu gün axşam saatlarında yağışla müşahidə olunan güclü külək nəticəsində şəhərin bir hissəsi daxil olmaqla, rayonun Aşağı Kürkənd və Qalalı kəndlərində internetin verilişində fasilələr yaranıb.
Hazırda texniki problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.