Meyitin üzərində zorakılıq əlaməti aşkar edilməyib
Göygöl rayonunda çay kənarında meyit aşkarlanıb.
AYNA-nın "Report"a istinadən məlumatına görə, Göygöl rayon sakini, 1937-ci il təvəllüdlü Süleyman Musayevin meyiti Gəncə çayının Göygöl rayon ərazisindən keçən hissədə aşkarlanıb.
İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. S.Musayevin meyiti ekspertiziya göndərilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır