Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Göygöl şəhərində birmərtəbəli evdə yanğın baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, ümumi sahəsi 216 kvadratmetr olan evin hamam otağının lambirindən ibarət tavanı 18 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.