Göygöldə avtomobil restoranın həyətinə aşıb, xəsarət alanlar var

Hadisə

30.05.2022 - 21:05

Faktla bağlı araşdırma aparılır

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. AYNA-nın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı restoranın həyətinə aşıb.

Nəticədə 1985-ci il təvəllüdlü V.Cəfərov, 1974-ci il təvəllüdlü T.Qocayev və 1985-ci il təvəllüdlü R.Mamedov xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az