Göyçayda yas mərasimində 15-ə yaxın insan zəhərlənib

Xəbərlər

14.07.2022 - 20:57

Həkimlər Klinikalar SEO Xidməti

Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır

Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə,hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.

Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15 nəfərin halı qəfildən pisləşib.

İshal və qusma əlamətləri olan bu xəstələr təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür.

Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır.

İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş