Göyçayda qəza: xəsarət alan var

Hadisə

19.05.2024 - 21:30

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə Çayarxı kəndi ərazisində qeydə alınıb

Göyçayda yol qəzası baş verib, xəsarət alan var. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Bakı - Şamaxı - Yevlax yolunun 215 ci km Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkət edən 1989-cu il təvəllüdlü İsmayılov Fərhad Ədalət oğlunun idarə etdiyi motosikletçi ilə rayon sakini 1986-cı il təvəllüdlü Elvin Mərdanovun idarə etdiyi OPEL markalı avtomobillə toqquşub. Dərhal əraziyə təcili yardım briqadası çağırılıb.

Yaralı təcili yardım vasitəsi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Müəllif: Ayna.az