Onun intihar etməsinin səbəbi hələlik məlum deyil
Göyçay rayonunun Çərəcə kənd sakini, 1968-ci il təvəllüdlü Əhmədov İntiqam Əlibala oğlu intihar edib.
AYNA "Report"a istinadən xəbər verir ki, o, yaşadığı evin yaxınlığında özünə qəsd edib.
İ.Əhmədov evlidir, iki övladı var.
Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.