Hərbi qulluqçumuz yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib
Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qədim Xaliq oğlu İbrahimov Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
AYNA xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib.
Vəziyyəti kafidir.