Gömrük komitəsinin 3 əməkdaşına general-mayor rütbəsi verilib

Xəbərlər

30.01.2021 - 16:13

Dövlət başçısı sərəncam imzalayıb 

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.

 

AYNA-nın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

 

Xəlilov Təmkin Həsən oğlu – Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

 

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

 

Novruzov Qulu Novruz oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.

Müəllif: Ayna.az