Gömrük Komitəsi: "Bunun da çarəsini tapacağıq"

Xəbərlər

24.01.2022 - 14:03

Həkimlər Klinikalar SEO Xidməti

Komitə rəsmisi karqo şirkətlərindəki gecikmələrlə bağlı açıqlama verib

“Bu gün daşıma şirkətlərində müxtəlif səbəblərdən dolayı gecikmələrə yol verilir”. AYNA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin müavini Azər Abbasov məlumat verib.

O bildirib ki, bəzən gecikmələrə səbəb şirkətlərin bir çox sahibkarın məhsullarını daşıması ilə bağlı ola bilir: “Bu cür şirkətlər təkcə bir sahibkarın məhsullarının daşınması ilə məşğul olmur. Elə şirkətlər var ki, 10 və ondan çox sahibkarın yükünü daşıyır. Gecikmələrə səbəb çeşidləmələrlə bağlı ola bilər. Bəzən bəyannaməni gec göndərirlər. Yəni, səbəblər müxtəlifdir. Təbii ki, müvafiq istiqamətdə təkmilləşdirmələr ediləcək. Bunun da çarəsini tapacağıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş