"Georgi lenti" taxan 36 Moldova rəsmisi cəzalandırılıb

Dünya

03.06.2022 - 15:19

Həkimlər Klinikalar SEO Xidməti

Məmurlar haqqında protokollar tərtib edilib

Moldovanın 36 yüksək rütbəli məmuru "Georgi lenti" taxdıqları üçün cəzalandırılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Moldovanın daxili işlər naziri Anna Revenko deyib. 

Nazir bildirib ki, 9 May - Qələbə Günündə ölkədə qadağan olunmuş "Georgi lenti"ni taxdıqlarına görə 36 yüksək rütbəli moldovalı məmura qarşı protokollar tərtib edilib.

Nazir bildirib ki, həmin məmurlar buna görə məhkəməyə vermək hüququna sahibdirlər: "Biz demokratiyanın kök saldığı bir ölkədə yaşayırıq. Hər kəsin məhkəməyə müraciət etmək hüququ var".

Qeyd edək ki, aprelin 20-də Moldova hakimiyyəti "Müqəddəs Georgi lenti"nin taxılmasını və "V" və "Z" simvollarının ictimaiyyətdə nümayişini qadağan edib.

Ölkə Prezidenti Maya Sandu bu qərarı alqışlayıb və "Georgi lenti"ni "tarixin zibil qutusu"na göndərməyə çağırış edib.

Rusiya Xarici İşlər Nazirliyi Kişinyovun qeyri-dost hərəkətlərinə Moskvadan “ağır cavab" vəd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş