Konstitusiya Məhkəməsi onun namizədliyinin qeydə alınmasına etirazları yekdilliklə rədd edib
Kalin Georgeskuya Rumıniyada keçiriləcək prezident seçkilərində iştiraka icazə verilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ölkənin Konstitusiya Məhkəməsi onun namizədliyinin qeydə alınmasına etirazları yekdilliklə rədd edib.
“Konstitusiya Məhkəməsi 8 mart 2025-ci il tarixli iclasında öz səlahiyyətləri çərçivəsində Rumıniya Prezidentinin seçilməsi proseduruna riayət olunması ilə bağlı dörd etiraza baxıb. Müşavirədən sonra Konstitusiya Məhkəməsi yekdilliklə tərtib edilmiş etirazları əsassız sayaraq rədd edib. Çünki onlar qanunla nəzərdə tutulmuş prosessual şərtlərə cavab vermir”, - Məhkəmənin açıqlamasında qeyd edilib.
Bildirilib ki, bu qərara əsasən, Georgesku mayın 4-də keçiriləcək seçkilərdə prezidentliyə namizəd ola bilər. Bunun üçün hələ də onun namizədliyi Mərkəzi Seçki Bürosu tərəfindən təsdiqlənməlidir.
Prezidentliyə keçmiş müstəqil namizəd Georgeskunun cümə günü ölkənin ən yüksək vəzifəsinə namizədliyini irəli sürüb. Bundan dərhal sonra Mərkəzi Seçki Bürosuna onun namizədliyinə qarşı iki etiraz daxil olub. Daha iki etiraz Mərkəzi Seçki Bürosunun Petru Mindrunun namizədliyi ilə bağlı olub.
Bundan əvvəl Baş Prokurorluq Georgeskuya qarşı cinayət işi açıb və əsası konstitusiya quruluşuna qarşı hərəkətlərə çağırış olmaqla altı ittiham irəli sürüb.
Georgesku 2024-cü il noyabrın 24-də keçirilən prezident seçkilərinin birinci turunda ən çox səs toplayıb. Dekabrın 6-da Rumıniyanın Konstitusiya Məhkəməsi ciddi pozuntular elan edərək, bütün seçki prosesini ləğv edib və yeni seçkinin keçirilməsi barədə qərar verib. Hökumət təkrar səsvermə üçün mayın 4-ü və 18-i üçün yeni tarixlər təyin edib.