General şeir yazarmı?

Siyasət

12.01.2021 - 21:44

52 yaşındadır. 2 magistr dərəcəsi var: Beykent Universiteti və Hərb Akademiyasından
 
Doktorluq elmi dərəcəsini İstanbul Universitetində Siyasət və Beynəlxalq Münasibətlər sahəsində müdafiə edərək alıb…
 
“Nəsillərdir ailə üzvlərim uniformalarını şərəflə daşıyıb” deyir. Ailə üzvləri içində çox sayda hərbçi var. Ancaq dədəsinin Çanakkale şəhidi olduğunu xüsusi iftixarla dilə gətirir. General-mayor rütbəsini 47 yaşında alıb. Uzunboylu, yaraşıqlı, gülərüzlü bu əsgərə general uniforması da çox yaraşırmış deyə düşünürəm.
Özgür Tör və mən. "Haber Global" kanalının 4-cü mətrəbəsindəki alaqaranlıq qonaq otağında oturmuşuq. Onunla Rusiya, Azərbaycan, Ermənistan Zirvə görüşünü şərh edirdik. Bir az əvvəl Moskvadan Zirvənin bitmədiyi, bir az da uzanacağı xəbəri gəlmişdi. Canlı yayına ara verib, studiyadan çıxdıq. Çıxdıq ki, bənzərsiz Saynur Tezel Türkiyənin daxili siyasət xəbərlərindən danışsın bir az. Qonaq otağında qulağımız şimal qonşumuzun soyuq paytaxtından gələcək xəbərlərdədir.
Zirvə görüşündən dolayı fikirli və əndişəliyəm. Bəlli etmək istəmirəm. Özgür Paşanın gözündən qaçmır bu. Söhbətcildir, danışır ordan-burdan, savaşlardan, silah arkadaşlarından, PKK ilə mübarizə illərindən. Hər cümlənin başında “Azərbaycanı Türkiyədən ayırmıram, eyni görürəm deyir”. Anidən 1918-ci ilə, Nuru Paşanın Qafqaz İslam Ordusuna dəyişir mövzunu. Mən Ənvər Paşadan söz açıram. Tanınmış TV proqramçısı, "Haber Global"ın Xəbər Müdürü Sərdar Akdoğar yanımıza gəlir, utanaraq söhbətimizi yarıda kəsir ki, bəlkə evə gedəsiz, “Dörd saatdır burdasız, bu gün yorduq Sizi” deyir. Özgür Paşa mənə baxır, “Bir az da gözləyək” deyirəm, Paşa dostum da razılıqla başını sallayır. Sərdar bəy təşəkkür edir, “Sizə özəl çay göndərəcəm” deyib işinin başına dönür – önəmli bir gündür, Moskvada Qarabağla bağlı nə kimi addımlar atılacaq indən belə, hər kəs maraq və təlaş içindədir…
Qarabağ müharibəsində çox sayda Türk generalı və stratejisti ilə tanış olub, dostlaşmışam. Amma Özgür Tör fərqlidir, daha ünsiyyətcil və daha açıq sözlüdür. Səmimidir, həvəslə gələcək planlarından danışır mənə. Bloknotda nəsə axtarır, vərəqlərini səhifələrkən anidən durur, diqqətlə üzümə baxaraq “Bir şeir oxuyummu?” deyir. Təəccüblənirəm, “Paşam, şeirin yeridirmi heç” demək istəyirəm, amma o artıq şeiri oxumağa başlayıb belə…
 
Elə ilk misralarda gözlərim nəmlənir (sentyabrın 27-dən beləyəm), sözünü kəsmək istəyirəm. Zatən gərginəm, birdən-birə bu qədər emosional yükü qaldırmağa çətinlik çəkirəm. Bütün nəzakət qaydalarını pozaraq, şeiri sonraya saxlayaq demək gəlir içimdən. Ancaq baxıram ki, dayanmır. Bitirincə üzümə baxır, reaksiyamı görmək istəyir. Məgərsə özü yazıb şeiri. Adını da “Karabağ” qoyub.
 
Təşəkkür etmək, xoş sözlər demək keçir içimdən, ancaq Sərdar Akdoğar qaçaraq gəlib Moskvada görüşlərin bitdiyini, liderlərin kamera qarşısına çıxdıqlarını və bizim də təcili studiyaya qayıtmağımız deyir…
 
Canlı yayım bitir, bir az yorulmuşuq ikimiz də. Saynur Tezelin proqramı ilə başlayıb, Erhan Ertürkün “Ana Haber”i ilə bitiririk. 6 saat çəkən gərginlik xoş bir süstlük gətirib vücudumuza. Kanalın önündə sağollaşıb ayrılarkən gələn həftə görüşmək üçün vədələşirik.
 
Bir azdan küçəyə çıxma yasağı başlayacaq. Hər kəs evinə tələsir. Yolboyu Özgür Paşanın şeirindəki Nuru Paşa ilə bağlı misralar gəlir ağlıma. Nuru Paşanın ruhunun Qarabağ uğrundakı Vətən müharibəsində azərbaycanlı əsgərlərlə görüşə gəlməsi səhnəsini gözümdə canlandırıram…
 
Düşünürəm ki, bir general niyə şeir yazsın ki? Bir general Vətənini, millətini nə qədər sevməlidir ki, əlinə qələm alsın? Və alanda da Qarabağdan yazsın.
 
Bir general niyə şeir yazsın axı?...
KARABAĞ
 
Azerbaycan, binlerce yıllık Türk’ün toprağı işgale uğradı,
Karabağ karalar, bütün dünya gözlerini bağladı,
Zannederler ki Türk korkacak, kaçacak düşman ateşinden,
Ateşlerin ülkesinde insanlar yanar sadece vatan hasretinden,
 
Azerbaycan Türklüğü yazıyor yiğitliğin destanını,
Kanını döküyor ama kurtarıyor ülkesini, atalarının mezarlarını,
Nuri Paşa ve silah arkadaşları geliyor cephedeki yiğitlerin yanına,
Ataları canlarını verdiler savaştılar, şehit oldular bu topraklar uğruna,
 
Karabağ’da dalgalanan bayrak Türk’ün bayrağıdır,
Bayrak bize şehitlerden emanet gurur kaynağıdır,
Hanların Kenti düşmandan kurtulacak,
Tekrar şanlı Türk bayrağı tepelerde dalgalanacak,
 
Tepeler ardı arkasına, üstleri karlarla doldu,
Hocalı ve Mehmetçiğin şehit kanları toprakta birbirini buldu,
Resülzade, Elçibey, Haydar Aliyev sisler arasından bakıyor, sabırsızca bekliyor,
Kahraman Türk Ordusu tarihte olduğu gibi yine destan yazıyor,
 
Mübariz İbrahimov durdurulamaz tek kişilik ordu,
Şimdi Çanakkale Şehitleriyle beraber yukarıdan harekâtı seyreder oldu,
Binlerce yıllık Türk yurdu kalamaz düşman işgalinde,
Kötülerin kurgusu kalacak ancak hayalinde,
 
Yeter artık Karabağ kavuş Türk’ün bayrağına,
Türk’e yakışmaz, bastırmaz düşmanı kendi öz toprağına,
Azerbaycan bayrağı, Türk’ün bayrağı,
Yeter artık bu hasret, her daim görsün seni Karabağ’ın Dağları.
Müəllif: İbrahim Nəbioğlu