Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketi hazırlayır

Dünya

15.05.2025 - 13:04

Həkimlər Klinikalar SEO Xidməti

"Qqəbul etdiyimiz 17-ci sanksiyalar paketi düzgün qərar idi və indi biz dərhal yeni paket hazırlamağa başlayacağıq"

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci iqtisadi sanksiyalar paketini hazırlayır. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.

"İnanıram ki, qəbul etdiyimiz 17-ci sanksiyalar paketi düzgün qərar idi və indi biz dərhal yeni paket hazırlamağa başlayacağıq", - Finlandiyanın xarici işlər naziri deyib.

Bundan əvvəl Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Daha əvvəl Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas bildirmişdi ki, Avropa Komissiyasının planlarına əsasən, Rusiyaya qarşı yeni 17-ci sanksiyalar paketi mayın 20-dək qəbul ediləcək.

Əvvəlki, 16-cı anti-Rusiya sanksiyalar paketi fevralın 19-da Aİ tərəfindən təsdiqlənib. Sanksiya Rusiyadan ilkin alüminium idxalına qadağa qoyulmasını və “kölgə donanması” adlandırılan 73 yeni gəminin məhdudlaşdırılmış siyahıya daxil edilməsini nəzərdə tuturdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş