Bir AYNA qarşısında 132 sifət

Cəmiyyət

13.05.2025 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Və ya: 32 cümləyə sığan 2345 işarənin arxasınca düşən 15042 ədəd IT 

Biz problemə və problemlərə AYNA tuturuq, şəxsə və şəxslərə deyil. Problem(lər)ə AYNA olmaq BİZİM - MEDİAnın 1 yox, 1-in üstündə olan vəzifəsidir.

Biz şəxslərdən və şəxslər üçün yazmırıq. Yazanda ŞƏXSİYYƏT(lər)dən və ŞƏXSİYYƏT(lər) üçün yazırıq - onun və onların AYNA-sı oluruq.

Biz IT dalınca qaçmırıq, IT qovmuruq, IT-dən gələn ənənəvi səsləri qulaqardına verib yolumuza davam edirik - Ulu bir karvan kimi.

Yolumuz, amalımız və hədəfimiz bəllidir – AZƏRBAYCAN! Bu YURDun çiçəklənməsi, ucalması, böyüməsi, daha da qüdrətlənməsi, daha da firavanlaşması, daha da aydınlanmasıdır!

Bəli, biz buyuq! Biz beləyik!

Yolumuz - Yolda müstəqilliyimizlə həmyaşıdıq. 

Amalımız - Amalda xalqımızla həmdərdik. 

Hədəfimiz - Hədəfdə dövlətimizlə həmrəyik.

Bu, bizim günahımızdırmı? Əgər günahımız budursa, o zaman bizi daşlayın və dışlayın!

Amma... arxamızca IT salmayın!

Adı IT dəftərində olmayan biri üstümüzə cumur: sosial şəbəkələrin üstünlüyündən danışır, amma FB-də paylaşdığı postuna 1 sutka ərzində cəmi 6 könülsüz “layk” və üç könüllü şərh gəlir. Şərhlər də öz əleyhinə.

Şərhlərdən birini nöqtə-vergülünə toxunmadan təqdim edirik:

“Çoxundan fərqli olaraq, maraqlı gələn mövzularda yazıları həcmindən asılı olmayaraq səbirlə oxuyuram. Sizin də bu böyük yazınızı diqqətlə oxudum. Əlbəttə, obyektiv olmaq üçün Elçin Şıxlının da yazısını tapıb oxudum. Məlum oldu ki, sizin təhlilinə bu qədər vaxt, qəzəb və bayt sərf etdiyiniz E.Şıxlının yazısı cəmi 22 qısa cümlədən ibarət imiş... :) O yazıda "Azərbaycanda media siyasəti" və buna oxşar dövlət və ya hökumət siyasətinə eyham vurulan ifadəyə rast gəlmədim. Düzü, adam ehtiyatla mövcud vəziyyətdən bəhs edib və səbəblər üzərindən dərinə getməkdən çəkinib. Onun səbəb kimi vurğuladığı bəzi xüsusatlar əslində səbəb yox, nəticədir. Etdiyi çağırış da əsaslıdır. Siz isə problemə deyil, müəllifin şəxsinə yüklənmisiniz. Qərəzlisiniz. Yeri gəlmişkən, şəxsindən fakt-arqument tələb etdiyiniz adamın Soros-dan pul aldığını hansı dəlillərə əsaslanaraq söyləmisiniz?”.

Bəlkə də, şərhin müəllifi qısaca demək istəyir ki: 32 dəvəlik karvanın ardınca 132 IT tökülüşüb, əlinizdən gələn yeganə işlə məşğul olmayın, ayıbdır, günahdır...

Bir də konkret sual qoyur: “Soros-dan pul aldığını hansı dəlillərə əsaslanaraq söyləmisiniz?”.

Özümüzə də maraqlıdır: Biz nə demişik? Nə yazmışıq? 

Cəmi 32 cümlədən, 2345 işarədən ibarət fikrimizi – Xalqın, Dövlətin yararına olan reallığı ifadə etmişik. 

Buna qarşılıq 132 cümlə, 15042 işarə ilə üstümüzə cuman, karvanı “yola salan” IT-lərdən soruşmuruq, normal vətəndaşlardan, ağıl, məntiq və səviyyə sahiblərindən soruşuruq: biz səhvmi edirik?

Xeyr, səhv etmirik! Yolu, amalı, hədəfi doğru olan yanlış anlaşıla bilər, amma yanlış yolda olmaz!

Vaxtilə bir teledebatda cavan bir jurnalist qızın qarşısında boynunu bükən, dili topuq vuran, onu ora göndərənləri müdafiə əvəzinə rəzil edən IT-lər kimi...  “mükafata” layiq görülməmişik. Canımız sağ olsun.

Hələ heç yadımıza da salmırıq ki, qabaqlar bu IT-lər kimin IT-ləriydi. IT-nin abrı və laykı yoxdursa, məscidin ağzı niyə açıq qalıb – bizə nə?!

Bizi maraqlandıran yuxarıdakı məsələdir.

Xalq yazıçısı İsmayıl Şıxlının qələmə aldığı rəvayətlərin birində maraqlı dialoq yaşanır. Dəvəsinə zülm etmiş adam can verir. Son nəfəsində dəvəsindən halallıq istəyir. Dəvə cavab verir ki, “hər şeyi sənə bağışlayıram, amma mənim ipimi bir eşşəyin quyruğuna bağlamışdın, onu sənə bağışlamıram”.

Bəli!

Bağışlamamaq və halallıq verməmək üçün ən azı İKİ səbəbimiz var:

  1. SOROS ittihamı - Bu, hüquqi məsuliyyətdir. Bu böhtana cavab verilməlidir və veriləcəkdir!
  2. Dəvənin ipi... – Bu da mənəviyyat məsələsidir. Mənəviyyatınıza buraxırıq.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş