Ustalar tanınmış vəkildən şikayətçidirlər: “700 manatımızı vermir”

Cəmiyyət

15.05.2025 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

Kamandar Nəsibov: “Əslində onlar mənə 4-5 min manatlıq ziyan vurublar”

Qazax rayonu, Daş Salahlı kənd sakini olan hörük ustaları Pənahov Səyyad və Əhmədov Elşad tanınmış vəkil Kamandar Nəsibovdan şikayətçidirlər. AYNA.AZ-a müraciət edən ustalar bildiriblər ki, aprelin axırlarında vəkilin Qazax rayonu, Kəmərli kəndində yerləşən evində tikinti işlərinə başlayıblar.

Vəkilin həyatyanı sahəsinə hasar çəkdiklərini, beton işləri gördüklərini bildirən ustalar qeyd ediblər ki, işlərini görüb bitirsələr də, ev sahibi onların iş haqqının bir qismini ödəməkdən imtina edib.

“Biz hasarlama və betonlama işi üçün zəhməthaqqı olaraq üç min manat istədik. Kamandar müəllimlə Kəmərlidəki tanışı Niyazi vasitəsilə əlaqə saxladıq. Kamandar müəllim də işdən sonra zəhməthaqqımız olan üç min manatı ödəyəcəyini bildirdi. İşə başladıq, təxminən 12 gün müddətində işlədik. İşlədiyimiz müddətdə bir neçə dəfə Kamandar müəllim pulumuzu verdi. Sonda 700 manatımız qalmışdı. Bildirdi ki, beton işini həll edin, qalıq pulunuzu ödəyəcəm. Biz də beton üçün qurduğumuz “opalovka” deyilən qurğunu sökdük, işi tam bitirdik. Lakin Kamandar müəllim bizim qalan 700 manat pulumuzu verməkdən imtina edir”, - deyə usta Səyyad Pənahov deyib.

Onun sözlərinə görə, vəkil pulu ödəməkdən imtina səbəbi kimi görməli olduqları işi tam başa çatdırılmamasını göstərib: “Amma biz lap əvvəldən danışdığımız işi yekunlaşdırmışıq. İşi bitirməyimizi əks etdirən videogörüntülər də var. Taxta, sement materiallarından artıq qalanı da evinə qoymuşuq, video çəkərək özünə votsap vasitəsilə göndərmişik. Bir növ, işimizin bitməyi barədə hesabat vermişik. İndi biz Kamandar müəllimdən zəhməthaqqımızın ödənməsini istəyirik. Biz kasıb adamlarıq, gözümüzü işimiz müqabilində alacağımız pula dikmişik. Mətbuat vasitəsilə bu məsələni gündəmə gətirməkdən başqa çarəmiz qalmadı. Əgər işini gördüyümüz vəkil zəhmətimiz müqabilində bizə çatacaq 700 manatımızı verməsə, cənab Prezident İlham Əliyevə müraciət edəcəyik. Ola bilsin ki, kimin üçünsə 700 manat elə də böyük pul deyil, amma bizim kimi kənd adamları üçün böyük puldur”.

Ustaların iddiaları ilə bağlı Kamandar Nəsibovla əlaqə saxladıq. Vəkil AYNA.AZ-a bildirdi ki, ustaların iddiaları tamamilə absurd və yalandır: “Məndən sizin vasitənizlə şikayət edən özlərinə “usta” deyən həmin şəxslər dələduzluqla məşğuldurlar. Əslində onlar mənə 4-5 min manatlıq ziyan vurublar. Mənə hesablamadan artıq materiallar aldırıblar ki, o materiallar indi heç nəyə yaramır. Eyni zamanda, həmin materialları - taxtaları əsassız yerə kəsiblər. Sanki qəsdlə ziyan vurmaq istəyiblər. Alınan materialları zay etdilər, sonra dedilər ki, hasar bu formada tikilməməli idi, başqa formada tikilməli idi və s. Yəni səhv etdiklərini bildirdilər. Daha sonra isə başqa formada hasarlama, betonlama işləri aparıldı, o da yarımçıq formada. Mən aldığım tikinti materiallarını zay etdilər, işi də yarımçıq qoyub qaçıblar”.

"Əslində mən onlardan şikayət etməliyəm ki, evimdə görülməli olan işi zay ediblər. Mən onlara 2300 manat məbləğində pul ödəmişəm, halbuki o miqdara dəyəcək iş görməyiblər. İşlərini yarımçıq qoyub qaçan, işi zay edən adamlara mən pul verməliyəm?”, - K.Nəsibov iddialara münasibət bildirərkən deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş