Zəlzələnin ocağı 18,73 kilometr dərinlikdə yerləşib
Bu gün Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıbn.
Bildirilib ki, yerli vaxtla saat 15:46-da qeydə alınan yeraltı təkanların episentri Qulu rayonu ərazisində olub. Zəlzələnin ocağı 18,73 kilometr dərinlikdə yerləşib.
Zəlzələ qonşu vilayətlərdə, həmçinin Ankarada da hiss olunub.