İlin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33 faiz artaraq 8 281 nəfər olub
“AZCON Holding”in tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-aprel aylarında 3 milyona yaxın çox sərnişin daşıyıb. Bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 16 faiz çoxdur.
AYNA.AZ xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Qeyd olunub ki, ilin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33 faiz artaraq 8 281 nəfər olub.
