Daha beş itkin şəhid dəfn olunacaq

Xəbərlər

15.05.2025 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən beş nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilən daha beş şəhid dəfn olunacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd olunub ki, mayın 16-da hərbçilər Yusif Mirzəli oğlu Məmmədov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında, Miriş Məhəmməd oğlu Rüstəmov Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında, Muxtar Bayram oğlu Məmmədov Şərur şəhərindəki Şəhidlər xiyabanında, Abuzər Tənzil oğlu Abbasov Zərdab rayonunun Yuxarı Seyidlər kənd qəbiristanlığında, Elşən İsaməddin oğlu Ərzumanov Quba şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcəklər.

Daha beş itkin şəhid dəfn olunacaq
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş