Gəncədə qəza: piyada ölüb

Hadisə

16.05.2022 - 00:29

Gəncədə piyadanın ölümü ilə nəticələnən qəza olub

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektinlə qeydə alınıb. Gəncə sakini, 1963-cü il təvəllüdlü Vəliyev İlyas Oruc oğlu yolu qarşı tərəfə keçərkən avtomobil onu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az