Aşkarlanan meyit aidiyyəti üzrə təhvil verilib
Gəncə şəhərində mənzildən meyit aşkarlanıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü N.Bayramovun meyiti aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhumun ürək çatışmazlığından vəfat etdiyi və yaxınları bir neçə gündür ondan xəbərsiz olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.