Gəncədə bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

02.11.2023 - 09:08

cedabet dərman SEO Xidməti

Səbinə Abbasovanın bıçaqlanaraq öldürüldüyü müəyyən olunub

Gəncədə bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Kəlbəcər rayon prokurorluğu məlumat yayıb.

Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş