Gəncədə avtomat və tapança satan şəxs saxlanılıb

Xəbərlər

12.06.2024 - 10:39

Həkimlər Klinikalar SEO Xidməti

Ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 2000-ci il təvəllüdlü Azər Abbasov saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanıb.

Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az