Gəncədə 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Xəbərlər

02.12.2023 - 21:51

Həkimlər Klinikalar SEO Xidməti

Fəhlə hündürlükdən yıxılaraq həlak olub

Gəncə şəhərində 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

AYNA-nın "Report"a istinadən məlumatına görə, İmişli rayonu, Şahverdili kənd sakini, 1976-cı il təvəllüdlü Niyaz Mikayıl oğlu Vəliyev Gəncə şəhərində ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarətlər alıb.

O, yaxınlıqdakı insanlar tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, zərərçəkən xəstəxanada dünyasını dəyişib. Onun fəhlə olaraq çalışdığı ərazidə hündürlükdən yıxılaraq xəsarət aldığı bildirilir.

Qeyd edək ki, mərhum ailəli olub və ailəsi ilə birgə Gəncə şəhərində yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş