Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

Xəbərlər

16.09.2023 - 22:31

cedabet dərman SEO Xidməti

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb

Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun  Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş