Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq

Xəbərlər

24.02.2024 - 23:35

Hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib

Fevralın 25-də gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Bu barədə AYNA-ya Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Müəllif: Ayna.az