G7 ölkələrinin sammiti iyunun 16-da başlayacaq

Dünya

13.06.2025 - 08:05

cedabet dərman SEO Xidməti

Liderlər görüşdən sonra bəyannamə deyil, “daha qısa, diqqətli” bəyanatlar verməyi planlaşdırıblar

Kanadada daha əvvəl iyunun 15-nə planlaşdırılan “Böyük Yeddilik” ölkələrinin (G7 - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) sammitinin başlanması bir gün sonra baş tutacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Kanada rəsmisinə istinadla məlumat yayıb.

Bildirilib ki, G7 liderləri görüşdən sonra bəyannamə deyil, “daha qısa, diqqətli” bəyanatlar verməyi planlaşdırıblar.

Daha əvvəl CTV Kanada hökumətindəki mənbəyə istinadla məlumat vermişdi ki, G7 ölkələrinin yekun bəyanatı gözlənilmir, əvəzində iştirakçılar bəzi məsələlər üzrə birgə kommünikelər çıxara bilər.

Sammitin gündəliyinə Ukrayna ilə yanaşı, enerji təhlükəsizliyi məsələləri, NATO ölkələrinin müdafiə xərclərinin artırılması və kritik xammala çıxış məsələləri daxil olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş