G7 liderləri Ukraynanın bərpası məsələlərinə baxacaq

Dünya

18.05.2023 - 00:19

G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçiriləcək

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri Xirosimada keçiriləcək sammitdə Ukraynanın bərpası, ona iqtisadi və humanitar yardımın göstərilməsi məsələlərinə baxacaqlar.

AYNAxəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

Qeyd edək ki, G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçiriləcək. Sammit zamanı əsas mövzular Ukraynadakı münaqişə və Pekinin Tayvan boğazı və Cənubi Çin dənizindəki fəaliyyəti olacaq.

ABŞ, həmçinin Cənubi Koreya və Yaponiya liderləri ilə üçtərəfli danışıqlar aparmağı, burada iqtisadi təhlükəsizlik məsələlərini, hərbi təlimlərin genişləndirilməsini və KXDR-ə qarşı birgə siyasəti müzakirə etməyi planlaşdırır.

Müəllif: Ayna.az