Füzuliyə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub

Xəbərlər

11.09.2023 - 16:35

cedabet dərman SEO Xidməti

92 nəfərdən ibarət 24 ailənin Füzuli şəhərində daimi məskunlaşması təmin edilib

Füzuli şəhərinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub. AYNA-nın “Report”a istinadən verdiyi xəbərə görə, açarları Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov təqdim edib.

Bununla da 92 nəfərdən ibarət 24 ailənin Füzuli şəhərində daimi məskunlaşması təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş