Füzulidə mülki şəxs yük maşını ilə minaya düşüb

Hadisə

23.03.2022 - 16:05

Həkimlər Klinikalar SEO Xidməti

Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb

Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş