Bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Hadisə

30.10.2019 - 10:30

Onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər

 

Bu gün saat 05:02-də dəm qazından zəhərlənmə barədə Təcili Tibbi Yardıma məlumat daxil olub. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) məlumat verilib.

 

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İsgəndərov küç 48 ünvanından bir ailənin 4 üzvü: ata - 35 yaş, ana - 32 yaş, övladları - 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

 

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.

Müəllif: Ayna.az