Füzulidə ekoturizm imkanları araşdırılır

Xəbərlər

06.04.2022 - 14:52

Həkimlər Klinikalar SEO Xidməti

“Ekoloji İnformasiya” İctimai Birliyi Füzuli rayonunda ekoturizm mövzusunda seminar təşkil edib

"Ekoloji İnformasiya" İctimai Birliyi ekoturizm mövzusunda Füzuli rayonunun sakinləri üçün seminar təşkil edib. AYNA xəbər verir ki, rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Birliyinin sədri Musa Muradlı bildirib ki, “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrinin hazırlanması” layihəsi  Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ilə həyata keçirilir.

Musa Muradlı qeyd edib ki, nadir təbiət mənzərələri, səfalı yerləri,təmiz havası, mineral tərkibli şirin suları ilə zəngin Qarabağ turistlər üçün də arzu olunandır. Layihə rəhbəri “Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” ideyasının aktuallığını əsas götürməklə bölgədə ekoturizmin təşviinə ehtiyyac olduğunu nəzərə çatdırıb.

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələr üzrə meneceri Fuad Rzayev bildirib ki, ekoloji yönümlü layihələr içərisində bəyənilən layihələrdən biri də “Ekoloji İnformasiya” İctimai Birliyinin “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsi olub. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş