Onların kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək
Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun 4 hərbçisinin meyiti tapılıb. AYNA xəbər verir ki, məlumatı “Aysor” yayıb.
Onların kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək. Məlumata görə, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 623 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.
Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.