FSB Duqinanın qətlinin üstünün açıldığı barədə məlumat yayıb

Dünya

22.08.2022 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

İddiaya görə, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ictimai xadim, filosof Aleksandr Duqinin qızı, jurnalist Darya Duqinanın qətlinin üstünün açıldığı haqqında məlumat yayıb.

AYNA Rusiya mediasına istinadən bildirir ki, FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında qeyd edilib ki, araşdırmalara görə, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib.

“Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər”, - deyə vurğulanıb.

Bildirilib ki, qətl günü Vovk Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olublar: “Vovk qətli törədəndən sonra - 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib”.

İstintaq materiallarının Rusiya Federasiyasının İstintaq Komitəsinə verildiyi məlumatda əksini tapıb.

Qeyd edək ki, avqustun 20-də axşam saatlarında rusiyalı filosof, politoloq A.Duqinin qızının avtomobilinə bomba qoyulub. Partlayış nəticəsində D.Duqina həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş