Fridrix Merz Almaniya kansleri seçilib

Dünya

06.05.2025 - 22:45

Həkimlər Klinikalar SEO Xidməti

316 deputat Merzin namizədliyinin lehinə səs verib

Bundestaq ikinci cəhddə Fridrix Merzin Almaniya kansleri vəzifəsinə namizədliyini təsdiqləyib. AYNA.AZ “Deutsche Welle”ə istinadən xəbər verir ki, 316 deputat onun namizədliyinin lehinə səs verib.

İlk səsvermədə yalnız 310 deputat Merzin lehinə səs vermişdi. Bundan sonra Bundestaqın iclasında fasilə elan edilib. SPD lideri Lars Klinqbeyl daha sonra elan edib ki, “Almaniya üçün Alternativ” Partiyasından (AfD) başqa bütün partiyalar təkrar səsvermənin keçirilməsi ilə bağlı razılığa gəliblər.

Yeni Bundestaqda ən böyük müxalifət qüvvəsinə çevrilmiş sağ populist AFD ilk səsvermənin nəticələrini alqışlayıb. Müxalifətdəki Sol və Yaşıllar Partiyalarının nümayəndələri də Merzin uyğun namizəd olub-olmaması barədə düşünməli olduqlarını bildiriblər.

Bir gün əvvəl Merzin başçılıq etdiyi CDU/CSU və SPD koalisiya sazişi imzalanıb. Bu, əsasən kompromisdir. Tərəflər miqrasiya siyasətini sərtləşdirmək və müdafiə xərclərini artırmaq barədə razılığa gəliblər. Sənəddə həmçinin Ukraynaya dəstəyin davam etdirilməsinin zəruriliyindən də danışılır.

Qeyd edək ki, fevralın 23-də Bundestaqa keçirilən növbədənkənar seçkilərdə XDİ/CSU bloku 28,6% səs toplayaraq birinci yeri tutub. İfrat sağçı AfD 20,8 faizlə ikinci, SPD isə 16,4 faizlə üçüncü yerdə qərarlaşıb. Yaşıllar 11,6% səslə dördüncü yerdə qərarlaşıb.

Seçkilərdən sonra CDU/CSU və SPD hakim koalisiya yaratmaq barədə razılığa gəliblər ki, mətbuat bu partiyaların ənənəvi rənglərinə uyğun olaraq “qara və qırmızı” adlandırıb. Mayın 5-də onlar müvafiq saziş imzalayıblar. Bundan əvvəl partiyalar Almaniyanın yeni hökumətində rəhbər vəzifələrə öz namizədlərini müəyyənləşdiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş