Fransanın Baş naziri istefa verib

Dünya

17.05.2022 - 00:45

Yeni Baş naziri vəzifəsinə hazırki əmək naziri Elizabet Born təyin edilib

Fransanın Baş naziri Jan Kasteks istefa verib. AYNA xarici mediaya istinadən bildirir ki, Kasteks ərizəsini Prezident Emmanuel Makrona təqdim edib.

Məlumatda qeyd olunub ki, Baş nazir yeni hökumətdə təmsil olunmaq istəməyib: “Kasteks prezident seçkilərindən dərhal sonra istefa verməyi planlaşdırıb. Lakin yenidən Prezident seçilən Makron ondan hökumətdəki dəyişikliklərə qədər vəzifəsində qalmasını xahiş edib”.

Yelisey sarayından verilən məlumatda isə bildirilib ki, Fransanın yeni Baş naziri vəzifəsinə hazırki əmək naziri Elizabet Born təyin edilib. Ölkə başçısı yeni hökumətin formalaşdırılmasını məhz ona tapşırıb.

Müəllif: Ayna.az