Etirazçılar zibil qutularını aşırıb, konteynerləri yandırıblar
Fransada yeniyetmənin bıçaqlı hücumdan sonra ölümü ilə bağlı iğtişaşlar başlayıb. AYNA xəbər verir ki, məlumatı “France Bleu” radiostansiyası yayıb.
“50-100 nəfər olduğu təxmin edilən ifrat sağçı fəallar Roman-sur-Isère şəhərindəki Monet məhəlləsinin küçələrinə çıxıblar”, - məlumatda deyilir.
Qeyd olunub ki, bəzi etirazçılar zibil qutularını aşırıb, konteynerləri yandırıblar. Nəticədə 20 nəfər saxlanılıb. Etirazçılardan üçü yaralanıb.
Məlumata görə, 16 yaşlı məktəbli noyabrın 19-na keçən gecə ölkənin cənub-şərqindəki Drom departamentinin Krepol kommunasında keçirilən festival zamanı öldürülüb.