Fransada yeni koronavirus peyvəndinin sınaqlarına başlanılır

Dünya

25.02.2021 - 00:39

Preparat 400 könüllü pasiyent üzərində yoxlanılacaq

 

Fransanın “Xenothera” biotexnologiyalar şirkəti yaratdığı koronavirus vaksinin kliniki sınaqlarına başlayıb.

 

Bu barədə AYNA TASS-a istinadən xəbər verir. Qeyd edilir ki, vaksinə “Xav-19” adı verilib.

 

Vaksinin sınaqları proqramı Fransanın tibb orqanları tərəfindən bəyənilmiş preparatların operativ kliniki sınaqlarının 15 növündən biri olan “Polycor” standartları üzrə keçirilir. Sınaqlar bütovlükdə Nant universiteti hospitalının koordinasiyası ilə ölkənin 40 xəstəxanasında keçiriləcək. Preparat 400 könüllü pasiyent üzərində yoxlanılacaq. Hazırda sınaqlarda 21 hospitalın 67 pasiyenti iştirak edir.

 

Sınaqlar böyük dəqiqliklə və statistik göstəricilər əsasında vaksinin effektivlik səviyyəsini müəyyən etməyə imkan verməlidir.

Müəllif: Ayna.az