Aprelin 10-da səsvermənin ilk turu keçiriləcək
Fransada prezident seçkilərində sükut günü başlayıb.
AYNA-nın xəbərinə görə, sükut Paris vaxtı ilə saat 00.00-da qüvvəyə minib. Bu gündən prezidentliyə namizədlərin seçicilərlə görüşü və ya hər hansı formada təbliğat aparması qadağandır. Səsvermənin ilk turu aprelin 10-na nəzərdə tutulub. Ali kürsü uğrunda 9 namizəd mübarizə aparır.