Fransada parlament seçkilərinin ilkin nəticələri məlum olub

Dünya

19.06.2022 - 23:38

Həkimlər Klinikalar SEO Xidməti

Emmanuel Makronun rəhbərlik etdiyi siyasi qüvvələr mütləq səs çoxluğunu itirib

Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçirilib. AYNA xəbər verir ki, rəy sorğusu təşkil edən təşkilatlar ilkin proqnozlarını açıqlayıb. "Ifop", "OpinionWay", "Elabe" və "Ipsos" təşkilatlarının açıqladığı proqnozlara əsasən, Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi siyasi qüvvələr parlamentdə mütləq səs çoxluğunu itirib.

Bildirilib ki, Makronun partiyası parlamentdə 200-260 mandat, onun rəqibi olan solçular isə 149-200 yer qazanıb. Mütləq çoxluq üçün siyasi qüvvələr parlamentdə 289 yer qazanmalıdır.

İfrat sağçı Milli Cəbhə partiyası da rekord nəticə göstərib, parlamentdə 90-a yaxın yer qazanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş