Fransada koronavirus qurbanlarının sayı artmaqda davam edir
Fransada koronavirus epidemiyasının başlanğıcından bu günə qədər 20 mindən çox insan ölüb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə Səhiyyəsi Baş idarəsinin direktoru Jerom Salomon keçirdiyi brifinqdə bildirib.
"Fransada indiki anda 20 255 nəfər COVID-19-dan ölmüş sayılır", - o deyib.
O, qeyd edib ki, xəstəxanalarda 12 513 nəfər COVD-19-dan vəfat edib. Ölkənin sosial və tibbi-sosial müəssisələrində isə 7 752 nəfər virusdan ölüb.
Salomonun sözlərinə görə, Fransada 114 657 koronavirus xəstəsi var. Son gün ərzində xəstələrin sayı daha 2 min artıb.