Fransada infeksiyadan 30 mindən çox şəxs ölüb

Dünya

11.07.2020 - 03:56

Koronavirus can almaqda davam edir 

 

Fransada pandemiya qurbanlarının sayı yenidən artıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, ölkədə koronavirus infeksiyasından 30 004 pasiyent ölüb, onların 19 528-i xəstəxanalarda keçinib.

 

Hazırda xəstəxanalarda 7 062 nəfər müalicə alır, 78 388 nəfər isə sağalaraq evə buraxılıb.

Müəllif: Ayna.az