Fransada bir gündə 800 nəfər koronavirusdan ölüb

Dünya

07.04.2020 - 00:47

Fransada koronavirusdan ölənlərin sayı sürətlə artır 

 

Fransada koronavirusa yoluxanların sayı 98 010 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bunu Fransanın Səhiyyə naziri Olivye Veran deyib.

 

Onun sözlərinə görə, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 8 911 nəfər təşkil edib.

 

Belə ki, son 24 saat ərzində ölkədə 800 nəfər pandemiyanın qurbanı olub.

 

Nazir əlavə edib ki, vəziyyəti ağır olan 7 072 nəfər reanimasiya şöbəsindədir.

 

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş