Fransa Zəngəzurda konsulluq açacaq

Xəbərlər

27.09.2023 - 12:45

Həkimlər Klinikalar SEO Xidməti

Ketrin Kolonna Fransanın Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirdiyini bildirib

“Fransa Sünikdə (Zəngəzur) konsulluq açacaq”. AYNA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna Milli Assambleyanın iclasında Fransanın erməniləri qorumaq üçün nələr etdiyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirdik. Fransa səfirliyində hərbi attaşe olacaq. Tezliklə sərhəddə yerləşən (Azərbaycanla sərhəddə) Sünik rayonunda konsulluq mərkəzi açacağıq”, - Kolonna bildirib.

Müəllif: Ayna.az