Fransa XİN: “İsrail və “Hizbullah” arasında saziş tezliklə bağlanacaq”

Dünya

25.11.2024 - 12:03

Həkimlər Klinikalar SEO Xidməti

Jan-Noel Barron: “Tərəflər döyüşləri və humanitar fəlakəti dayandırmaq barədə qərar verməlidirlər”

“İsrail və Livandakı “Hizbullah” hərəkatı arasında bütün tərəflər üçün məqbul olan saziş tezliklə bağlanacaq”. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

“İsrailin təhlükəsizliyini, eyni zamanda, Livanın ərazi bütövlüyünü təmin etməyə imkan verən parametrlər üzərində işləməklə biz bütün tərəflər üçün məqbul ola biləcək həll yoluna gəlmək prosesindəyik”.

Barronun sözlərinə görə, tərəflər döyüşləri və humanitar fəlakəti dayandırmaq barədə qərar verməlidirlər: “Fürsət pəncərəsi açılır və mən bütün tərəfləri bundan istifadə etməyə çağırıram”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş