Fransa Ukraynanın NATO-ya daxil olması ideyasını dəstəkləyib

Dünya

29.06.2023 - 16:07

cedabet dərman SEO Xidməti

Fransa Prezidenti: “Bunun üçün uzunmüddətli öhdəliklər götürməliyik”

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın müharibədən sonra NATO-ya daxil olması ideyasını dəstəkləyib. AYNA xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

“Vilnüsdə qəbul etdiyimiz qərarlar bizi uzun illər bağlayır – mən ilk növbədə Ukraynaya dəstəyi nəzərdə tuturam, bunun üçün uzunmüddətli öhdəliklər götürməliyik”, – Makron deyib.

Fransa lideri əlavə edib ki, Alyans ölkələri hələ Ukraynanın 2008-ci ildə vəd edilmiş NATO-ya daxil olması perspektivini formalaşdırmalıdır.

Qeyd edək ki, NATO üzvləri 2008-ci il Buxarest Bəyannaməsində Ukrayna və Gürcüstana nə vaxtsa Alyansa qoşulacaqlarına söz veriblər. Ötən ilin sentyabrında Ukrayna NATO-ya üzv olmaq üçün müraciət edib. Bir neçə NATO üzvü Ukraynanın namizədliyini dəstəklədi, digərləri isə tərəddüd edib və ya mövqe nümayiş etdirməkdən imtina edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş