Fikrət Məmmədov Şəmkirdə vətəndaşları qəbul edəcək

Xəbərlər

17.05.2022 - 16:33

Ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov mayın 19-da Şəmkir rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 2, əlaqə telefonları: (+994 22) 305-82-50, (+994 50) 514-14-10), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Müəllif: Ayna.az